"Araz-Naxçıvan" daha iki futbolçusu ilə anlaşıb.
Reyting.az xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb.
Slavik Alxasovla Ömər Buludov 2026/2027 mövsümündə də komandanın formasını geyinəcək. Onlarla 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, "Araz-Naxçıvan" daha öncə qapıçı Tərlan Əhmədli ilə eyni müddətə anlaşmışdı.