Advert
Advert

Arif Hacılının ölkədən çıxışına qadağa qoyulub

Tarix:
Arif Hacılının ölkədən çıxışına qadağa qoyulub
Reklam

Müsavat Partiyasının keçmiş başqanı, hazırda isə Məclis sədri olan Arif Hacılının ölkədən çıxışına "stop" qoyulub.

Reyting.az xəbər verir ki, bu barədə onun özü Feysbuk-dakı səhifəsində yazıb.

Arif  Hacılı bildirib ki, bu gün xaricə gedərkən hava limanından buraxılmayıb:

“Bu gün Vyanaya səfərim var idi. Bu şəhərdə Azərbaycanın iqtidar, müxalifət nümayəndələrinin, Milli Məclis üzvlərinin iştirakı ilə əvvəllər də keçirilmiş, Cənubi Qafqaz regionuna dair məsələlərin müzakirə olunacağı tədbirə dəvət almışdım. Yenə həmin şəhərdə iyul ayının 3-4 də keçiriləcək Müsavat Partiyasının üzv olduğu ALDE nin növbəti Konqresində iştirak edəcəkdim. Hava limanının sərhəd xidməti mənə heç bir əlavə məlumat vermədən ölkədən çıxışıma qadağa qoyulduğunu bildirdi.  Qadağanın hansı qurum tərəfindən, hansı səbəbə görə qoyulduğunu araşdırmaq cəhdlərim nəticəsiz qaldı”.
 

Reklam