Hollivudun iki kino ulduzu - Ana de Armas ilə Keyt Hadson birlikdə erotik janrda lentə alınacaq "Palma bağı" filmində baş rolları oynayacaqlar.
Reyting.az "Deadline" nəşrinə istinadla bildirir ki, yeni çəkiləcək bu filmdəki hadisələr isti, həmçinin cazibədar Mayami atmosferində cərəyan edir.
Süjetə əsasən, ideal həyat yoldaşı təsadüfən ərinin gizli, ikili həyatını aşkar edəndən sonra bununla da öz həyatının ən təhlükəli oyununa atır.
Qeyd olunur ki, yaxın vaxtlarda "Palma bağı"nın istehsala buraxılması gözlənilir. Artıq kinolayihənin əsas yaradıcı heyəti də açıqlanıb. Ekran əsərinin rejissoru Korne Mundrutso, ssenari müəllifi isə Ceyms Morosin olacaq.
Oqtay Qorçu