Dövrünün məşhur idmançısı, Hollivudun kino ulduzu, siyasətçi Arnold Şvartsneqqerin oğlu Cozef Baena Kaliforniyada keçirilən "INBA Iron Gladiator Classic Physique" yarışında qalib gəlməklə, "pro card" dərəcəsi qazanıb.
Reyting.az xəbər verir ki, bu barədə "TMZ" nəşri məlumat yayıb.
Qeyd olunur ki, bu, onun karyerası ərzində cəmi ikinci ciddi turnirdə iştirakıdır. Bundan bir həftə əvvəl isə Cozef Baena debüt yarışında birinci yeri qazanmışdı.

Şvartsneqqerin oğlu öz uğurunu sosial şəbəkədə "qladiator" tərzində qeyd edib və hazırda tamamilə bodibildinq karyerasına fokuslandığını bildirib.
Cozef məşqlərdə, həmçinin müxtəlif idman duruşları və pozların düzgün işlənməsində atası Arnold Şvartseneqqerdən çox böyük dəstək aldığını qeyd edib.
Cozef Baena uşaqlıqda keçirdiyi psixoloji zədələrindən də söz açıb. Çempion xüsusi vurğulayıb ki, o, uşaqlıqda əsasən çox kök olduğuna görə utanıb və daima artıq çəki ilə mübarizə aparıb.
"Qladiator" həmçinin idman komandalarından kənarlaşdırıldığını və lağa qoyulduğunu da xatırlayıb. İdmançı bildirib ki, məhz bu çətinliklər onu fitnes və bodibildinqə yönəldib.

Oqtay QORÇU