Advert
Advert

Astana və Pekin nüvə enerjisi sahəsində əməkdaşlığı genişləndirir

Tarix:
Astana və Pekin nüvə enerjisi sahəsində əməkdaşlığı genişləndirir
Reklam

Astanada mülki nüvə enerjisi sahəsində əməkdaşlıq üzrə Qazaxıstan-Çin birgə işçi qrupunun ilk iclası keçirilib. 

Reyting.az xəbər verir ki, bu barədə Qazaxıstan Atom Enerjisi Agentliyinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Bildirilir ki, Astana və Pekin nüvə enerjisindən dinc məqsədlərlə istifadə sahəsində əməkdaşlığı genişləndirir. 

Qeyd olunur ki, Qazaxıstan və Çin mütəxəssisləri nüvə enerjisindən dinc məqsədlərlə istifadəyə dair protokol imzalayıblar. Müvafiq razılaşmanı Qazaxıstan Respublikasının Atom Enerjisi Agentliyinin sədri Almasadam Satkaliyev və Çin Xalq Respublikasının Milli Enerji Administrasiyasının direktoru Van Honçji imzalayıblar.

E. Kamal
 

Reklam