Qazaxıstan və Belarus hökumət idarələri birgə tikinti layihələrini müzakirə ediblər.
Reyting.az “Sputnik Kazaxstan”-a istinadla xəbər verir ki, ikitərəfli müzakirəyə Astanada “Belarus məhəlləsi”nin tikintisi də daxil edilib. Minsk isə öz növbəsində “Qazaxıstan məhəlləsi” inşa etməyi planlaşdırır.
Qazaxıstan Sənaye Nazirliyi və Belarusun Memarlıq və Tikinti Nazirliyi iki ölkə arasında birgə tikinti layihələrini müzakirə ediblər. Bu barədə nazirliyin mətbuat xidmətinin məlumatında deyilir:
“Qazaxıstan Respublikasının sənaye və tikinti nazirinin müavini Kuandyk Kajkenov Belarus Respublikasının memarlıq və tikinti nazirinin birinci müavini Vladimir Naumoviçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb”.
V. Quliyev