Advert
Advert

At belində olan kişini ildirim vurub

Tarix:
At belində olan kişini ildirim vurub
Reklam

Daşkəsəndə 30 yaşlı kişini ildırım vurub.

Reyting.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Çovdar kəndi ərazisində qeydə alınıb.

Kəlbəcər rayon sakini, 1996-cı il təvəllüdlü B. Kamalov kənd ərazisində at belində mal-qara otaran zaman onu və mal-qaranı ildırım vurub. Nəticədə 30 yaşlı kişi müxtəlif xəsarətlər alıb, bir iribuynuzlu heyvan tələf olub. 

Xəstəxanaya yerləşdirilən şəxsin vəziyyətinin kafi olduğu bildirilir.

Qeyd edək hazırda qərb bölgəsində qeyri-sabit hava şəraiti davam edir.

Reklam