Advert
Advert

Atəşkəs daha 60 gün uzadıla bilər

Tarix:
Atəşkəs daha 60 gün uzadıla bilər
Reklam

ABŞ və İranın üzərində işlədikləri ilkin razılaşma sənədi atəşkəsin daha 60 gün uzadılmasını və Hörmüz boğazında gəmiçiliyin 30 gün ərzində bərpa olunmasını nəzərdə tutur.

Reyting.az "The Washington Post" qəzetinə istinadla bildirir ki, ABŞ administrasiyasındakı mənbənin məlumatına görə, Vaşinqton və Tehran tərəflərin İranda müharibənin birdəfəlik dayandırılması ilə bağlı yekun razılığa gəlməyə imkan vermək üçün atəşkəsin 60 gün uzadılmasını nəzərdə tutan anlaşma memorandumunun konturlarını hazırlayıblar. 

Nəşr yazır ki, ABŞ və İran hələ heç bir sənəd imzalamayıblar və İslam Respublikasının hakimiyyəti yekun təsdiqini verməyib.

Qəzetin diplomatik mənbəyi bildirib ki, "anlaşma memorandumu imzalandıqdan sonra İran dərhal Hörmüz boğazını açacaq və müharibədən əvvəlki səviyyədə gəmiçiliyi bərpa etmək üçün addımlar atacaq". 

Qeyd olunur ki, ilkin razılaşmalarda həmçinin İran, ABŞ və onların müttəfiqlərinin Livan da daxil olmaqla, bütün cəbhələrdə dərhal hərbi əməliyyatların dayandırılacağını elan edəcəklər.

Xatırladaq ki, mayın 23-də ABŞ Prezidenti Donald Tramp İranla gələcək müqavilə layihəsinin ümumilikdə razılaşdırıldığını açıqlamışdı. O, Bəhreyn, Misir, İordaniya, Qətər, BƏƏ, Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə liderləri ilə telefon danışığı apardığını və onlarla İranla sülh müqaviləsinin bir hissəsi olaraq anlaşma memorandumu layihəsini müzakirə etdiyini bildirmişdi. 

Y. Qacar
 

Reklam