Məşhur Hollivud rejissoru Ceyms Kemeron növbəti iki "Avatar" filmini daha tez, daha ucuz kapitalla lentə almağı planlaşdırır.
Reyting.az-ın məlumatına görə, rejissor bildirib ki, o, müasir texnologiyaların sayəsində növbəti kino layihələrin istehsal müddətini iki dəfə azaltmaqla, büdcənin təxminən üçdə biri qədər daha ucuz maliyyə ilə kifayətlənmək istəyir.
Kemeron deyib ki, hazırkı "Avatar" filmləri çox bahalı, həm də uzunmüddətli istehsal tələb edir.
Kinorejissor qeyd edib ki, komandasının bu planı hansı şəraitdə, necə həyata keçirməsi ilə bağlı müəyyən məsələləri müzakirə edib qərar verməsi üçün onlara təxminən bir il vaxt lazımdır.
Həmçinin vurğulanıb ki, "Avatar" filmlərinin bütün bölümlərinin dünya üzrə nümayişləri ümumilikdə 1 milyard dollardan artıq gəlir gətirib. İlk film 2,7 milyard, "Suyun yolu" isə 2,4 milyard dollar qazanıb. Növbəti, eləcə də üçüncü film olan "Avatar: Od və kül" isə 1,48 milyard dollar qazanc gətirib.
"Avatar" seriyasında çəkilən sonuncu ekran işi "Avatar: Od və kül" üçüncü filmin istehsalına təxminən 350 milyon dollardan artıq vəsait, eyni zamanda, marketinqinə görə, əlavə 150 milyon dollar xərclənib.
Oqtay Qorçu