Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatında pley-off mərhələsinə vəsiqə qazanıb.
Reyting.az xəbər verir ki, millimiz F qrupundakı ikinci oyununda İtaliya yığması ilə qarşılaşıb.
Oyun millimizin qələbəsilə başa çatıb - 3:0.
"Tipos Arena"da keçirilən qarşılaşmada qolları Rəvan Kərimov, Vüsal İsayev və Ruzigar İbrahimzadə vurub.
Qrupun digər qarşılaşmasında Fransa Avstriyanı üstələyib - 3:1.
Xatırladaq ki, ötən gün Avstriyaya minimal hesabla (1:0) qalib gələn komandamız mayın 30-da Fransa ilə qarşılaşacaq.
Azərbaycan millisi hazırda F qrupunda 6 xalla liderdir. Fransa 4 xalla ikinci, İtaliya 1 xalla üçüncüdür. Hər iki görüşdə uduzan Avstriya dördüncü sıradadır.(Yeni Sabah)