"Qarabağ"ın UEFA Avropa Liqasının 2026/2027 mövsümünün II təsnifat mərhələsindəki potensial rəqibləri azalıb.
Reyting.az xəbər verir ki, bu barədə UEFA məlumat yayıb.
Ağdam təmsilçisi I təsnifat mərhələsində İslandiyanın "Vestri" komandasını məğlub etsə, "Beşiktaş" (Türkiyə), "Tvente" (Niderland), "Tromse" (Norveç), "Hammarbü" (İsveç) və ya ÇSKA (Sofiya, Bolqarıstan) - "Derri Siti" (İrlandiya) cütünün qalibi ilə görüşəcək.
Xatırladaq ki, UEFA Avropa Liqasının II təsnifat mərhələsinin oyunları 23 və 30 iyulda keçiriləcək.