“Bu gün Avropa İttifaqı və milli səviyyədə fövqəladə tədbirlərə son qoyulması ilə bağlı artan yorğunluq və müzakirələrin intensivləşməsi məni getdikcə daha çox narahat edir... Bundan başqa, mən anti-Ukrayna əhval-ruhiyyəsinin artmasını müşahidə edirəm”.
Reyting.az xəbər verir ki, bunu Avropa Şurasının insan haqları üzrə komissarı Maykl O'Flaherti bildirib.
O, Avropa Şurasının saytındakı məqaləsində yazıb ki, Avropa İttifaqının ukraynalılar üçün müvəqqəti müdafiəni 2027-ci ilin martına qədər uzatmasına baxmayaraq, dəstək tədbirlərinin mərhələli şəkildə dayandırılması ən həssas qrupları təhdid edir.
V. Quliyev