Advert
Advert

Avropada elektromobil alanların sayı artır - Siyahı

Tarix:
Avropada elektromobil alanların sayı artır - Siyahı
Reklam

Avropada elektrik avtomobillərinin ən çox satıldığı ölkələrin adları açıqlanıb.

Reyting.az xəbər verir ki, yeni infoqrafikaya əsasən, 2025-ci ildə dünyada satılan hər dörd avtomobildən biri elektromobil və ya hibrid mühərrikli nəqliyyat vasitəsi olub.

İnfoqrafika Avropa ölkələri üzrə göstəricilər arasında ciddi fərqlərin mövcud olduğunu ortaya qoyub.

Araşdırmalar göstərib ki, Şimali Avropa elektromobillərin ən populyar olduğu region kimi önə çıxır. Bu sahədə lider isə Norveçdir. 2025-ci ildə Norveçdə alınan yeni avtomobillərin 97 faizi elektrik mühərrikli olub.

Mütəxəssislərin sözlərinə görə, yüksək göstəricilər Danimarkada (71 faiz) və İslandiyada (62 faiz) da qeydə alınıb. Həmçinin İsveç, Niderland və Finlandiyada yeni alınan avtomobillərin yarıdan çoxunu elektromobillər təşkil edib.

Cənubi Avropa ölkələri arasında isə Portuqaliya xüsusilə fərqlənib. Təqdim olunan infoqrafikaya görə, bu ölkədə yeni alınan avtomobillərin təxminən 38 faizi elektrik mühərriklidir. Portuqaliya bu göstərici ilə Böyük Britaniyanı (35 faiz) və Almaniyanı (30 faiz) qabaqlayıb.

Ən aşağı göstəricilərdən biri Rusiyada qeydə alınıb. Bu ölkədə elektromobillərin payı cəmi 2 faiz təşkil edib.

Xorvatiya, Bolqarıstan və Rumıniyada da elektromobil satışları üzrə aşağı göstəricilər müşahidə olunub.

Oqtay Qorçu
 

Reklam