Advert
Advert

Avropada ən çox satılan avtomobil hansıdır?

Tarix:
Avropada ən çox satılan avtomobil hansıdır?
Reklam

2026-cı ilin ilk rübündə Avropada ən çox satılan yeni avtomobil "Renault Clio" modeli olub. 

Reyting.az xəbər verir ki, bu barədə "Focus2Move" portalı yeni reytinq cədvəlinə əsasən məlumat yayıb.

Bildirilir ki, "Renault Clio" modeli Avropa bazarının 2 faizini əhatə edib, satışları isə 8 faizədək artıb.

Satış baxımdan ikinci yerdə "Volkswagen T-Roc", üçüncü pillədə isə satışları 60,8 faiz artan elektromobil "Tesla Model Y"-dir.

Ekspertlərin fikrincə, Yaxın Şərqdə davam edən hərbi-siyasi gərginliyin yanacağın qiymətini artırması Avropanın maşın bazarlarına çox böyük təsir edib və nəticədə elektromobillərə maraq artıb. Bundan əlavə, Niderland ərazisində "Tesla" avtomobilinin "Full Self-Driving" sisteminə icazə verilməsi "Model Y"-nın populyarlığını yüksəldib.

Avropanın ən populyar 10 avtomobili:

"Renault Clio" avtomobili (Fransa)
 
"Volkswagen T-Roc" avtomobili (Almaniya) 

"Tesla Model Y" avtomobili (ABŞ) 

"Nissan Qashqai" (Yaponiya) 

"Volkswagen Tiguan" (Almaniya) 

"Volkswagen Golf" (Almaniya) 

"Dacia Sandero" avtomobili (Rumıniya) "Opel Corsa" (Almaniya) 

"Citroën C3" (Fransa) 

"Peugeot 2008" (Fransa).

Qeyd edək ki, ilk onluqda yer alan elektrik avtomobillərinin siyahısında Almaniyanın istehsalı olan 4 maşın var.

Oqtay Qorçu
 

Reklam