Avropalıların Avropa İttifaqının üzvü olan dövlətlərə münasibəti ölkələr üzrə fərqlənir. 2025-ci ilin payızında keçirilən və 2026-cı ildə təqdim edilən "Eurobarometer" analitik mərkəzinin sorğusuna əsasən, ümumilikdə avropalıların 62 faizi Avropa İttifaqına üzvlük qərarını doğru sayır və dəstəkləyir.
Reyting.az-ın məlumatına görə, bu statistika göstərir ki, Avropa İttifaqına (Aİ) ən yüksək dəstək İrlandiya vətəndaşlarından gəlib – 86 faiz.
Ön sıralarda qərarlaşmış İsveç (85%), Danimarka (85%) və Portuqaliya (84%) sakinləri də, vətəndaşı olduqları ölkələrinin Aİ-də təmsil olunmasını tamamilə düzgün qərar hesab edirlər.
Ən aşağı göstərici Yunanıstanda qeydə alınıb-40 faiz.
Çexiyada isə əhalinin 42 faizi Aİ üzvlüyünü vaxtında verilən düzgün qərar kmi qiymətləndirdiklərini vurğulayıblar.
Aİ ilə bağlı bu sorğuda iştirak edən digər bir Avropa ölkəsi Bolqarıstanda 46 faiz vətəndaşın üzvlük tərəfdarı olduğu üzə çıxıb. Rumıniyada isə dəstək təxminən 49 faiz ətrafında qeydə alınıb ki, bu da ötən illərə nisbətən 50 faizdən də aşağı göstərici deməkdir.
Ekspertlərin fikrincə, sorğuya əsasən, Aİ-yə münasibət ümumilikdə müsbət qalır və 2024-cü ilin əvvəlindən etibarən dəstək statistikasında 2 faiz artım müşahidə edilib.
Oqtay Qorçu