google-site-verification=AvxSB3Hu7sp2iRHMDyTX7npF_adU7nkxO_dATA_Eiz0
Advert
Advert

Avropanın ən düzənlik ölkələrinin adı açıqlanıb

Tarix:
Avropanın ən düzənlik ölkələrinin adı açıqlanıb
Reklam

Avropa məkanında yerləşən, relyefi əsasən düzənliklərdən, ovalıqlardan və alçaq təpələrdən ibarət olan, dağ silsilələri olmayan ölkələrin siyahısı açıqlanıb.

Reyting.az xəbər verir ki, 2026-cı ilə aid infoqrafikaya əsasən, Avropanın ən düzənlik ölkəsi Danimarkadır. Bu ölkənin ən yüksək nöqtəsi - Mollehoj təpəsi - 170 metrdən bir qədər hündürdür.

Baltik ölkələrində də yüksək dağlar yoxdur. Litvada ən yüksək nöqtə 294 metr, Latviyada 312 metr, qonşu Estoniyada isə 318 metrdir.

Belə düzənlik ölkələr sırasında Niderland, Belarus və Moldova da yer alır. Bu ölkələrdə ən yüksək zirvələr 500 metri keçmir.

Yeni infoqrafikada Avropanın ən kiçik ölkələri olan Vatikan, Monako və Malta yer almayıb. 

Onu da qeyd edək ki, Vatikanın ən yüksək nöqtəsi cəmi 75 metrdir.

Oqtay Qorçu
 

Reklam