Avropa paytaxtları arasında ən yaşıl şəhər 73 faiz göstərici ilə Sarayevo olub.
Reyting.az xəbər verir ki, bu nəticə Avropa paytaxtlarının yaşıllıq səviyyəsinə dair yeni hazırlanmış infoqrafikada əksini tapıb.
Siyahıda ikinci yerdə 69,4 faizlə Oslo qərarlaşıb. İlk dəfə reytinqə daxil edilən Riqa isə 65 faiz göstərici ilə üçüncü pillədə yer alıb.
Ən az yaşıllığa malik paytaxt 1,6 faizlə Reykyavik olub.
Siyahıya yeni daxil edilən Valetta və Amsterdam şəhərlərinin göstəriciləri də aşağıdır.
Rusiya Federasiyasının paytaxtı Moskvanın reytinqə daxil edilməməsi isə şəhərdə yaşıllıq sahələrinin cəmi 35,8 faiz təşkil etməsi ilə izah olunub.
Oqtay Qorçu