Advert
Advert

Avroparlament yeni sanksiyalar paketinin tarixini açıqlayıb

Tarix:
Avroparlament yeni sanksiyalar paketinin tarixini açıqlayıb
Reklam

Avropa İttifaqı (Aİ) Kiprin Aİ Şurasındakı təmsilçiliyinin müddətinin başa çatacağı iyulun 1-dək Rusiyaya qarşı yeni sanksiyalar paketi qəbul edə bilər. 

Reyting.az xarici mediaya istinadla bildirir ki, bu barədə jurnalistlərə Avropa Parlamentinin deputatı Tomaş Zdeçovski məlumat verib.

O, Rusiyaya qarşı yeni məhdudiyyətlərin tətbiqi üçün mümkün vaxt cədvəlini açıqlayıb: “Vaxt üzv dövlətlər arasında siyasi konsensusdan asılı olacaq. Sanksiya paketləri yekdillik tələb edir və danışıqlarda çətinlik yarana bilər. Qərarı hazırkı Şura sədrliyinin sonuna kimi qəbul etmək mümkündür, lakin buna təminat verilmir”. 

Deputat əlavə edib ki, 21-ci sanksiyalar paketinə enerji ilə bağlı xidmətlər və ikili dəyərli mallar daxil ola bilər.

Y. Qacar

Reklam