Salyanda avtomobil qəzası baş verib.
Reyting.az APA-ya istinadla bildirir ki, hadisə səhər saatlarında Ələt-Astara yolunun Salyan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
“Opel” markalı minik avtomobilinin yoldan çıxaraq aşması nəticəsində Sumqayıt şəhər sakini 1956-cı il təvəllüdlü Paşayeva Valiyə Abdulla qızı həyatını itirib.
Qəza zamanı Sumqayıt şəhər sakinləri - 1980-ci il təvəllüdlü Paşayev Anar Natiq oğlu və 2012-ci il təvəllüdlü Paşayev Mirməhəmməd Anar oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.