Çinin premium avtomobil markalarından biri olan hibrid “Zeekr”in yenilənmiş 8X modeli məşhur rəqiblərini geridə qoyub.
Reyting.az xəbər verir ki, “CarWow” nəşrinin jurnalistləri tərəfindən təşkil edilən avtomobil yarışında hibrid krossover dörddəbir mil məsafəni (1 mil = 1 kilometr 609 metr) 10,6 saniyəyə qət edərək “Ferrari Purosangue”, “BMW X5 M” və “Land Rover Defender OCTA” kimi modelləri qabaqlayıb.
1401 at gücünə malik yeni “Zeekr 8X” ilk startda istənilən performansı göstərə bilməsə də, sürəti artırmaq üçün “Sport Plus” və “Energy Boost” rejimləri aktivləşdirildikdən sonra önə keçməyi bacarıb.
Mütəxəssislərin sözlərinə görə, yeni model 2 litrlik turbo mühərrik və üç elektromotorla təchiz olunub. Güc qurğusu ümumilikdə 1410 Nm fırlanma anı hasil edir.
Çin istehsalçısının məlumatına əsasən, “Zeekr 8X” modeli 0-dan 100 km/saat sürətə təxminən 3 saniyəyə çatır.
Oqtay Qorçu