Ay missiyaları üçün yaradılmış yeni nəsil "Pegasus" kosmik tədqiqat aparatı təqdim olunub.
Reyting.az bildirir ki, bu barədə ABŞ Milli Aeronavtika və Kosmos Agentliyinin (NASA) mütəxəssisləri məlumat veriblər.
NASA-nın açıqlamasında bildirilib ki, cihaz "Lunar Outpost" şirkəti tərəfindən hazırlanıb. Müasir və yeni nəsil texnologiya nümunəsi hesab olunan bu kosmik tədqiqat aparatı agentliyin "Artemis" proqramı çərçivəsində Ayda baza qurulmasına dəstək verəcək.

Aygəzər həm avtonom rejimdə, həm astronavtlar tərəfindən, həm də Yer kürəsindən məsafədən idarə oluna biləcək. Bundan əlavə, o, -246°C-dən +121°C-dək temperatur şəraitinə tab gətirmək qabiliyyətinə malikdir.
Mütəxəssislərin sözlərinə görə, NASA-nın yeni nəsil "Pegasus" kosmik tədqiqat aparatının əsas vəzifələri Ayda su buzlaqlarını aşkar etmək və gələcəkdə qurulacaq daimi bazanın fəaliyyətinə dəstək verməkdir.
Oqtay Qorçu