Azər Əhmədov Respublika Pediatriya Mərkəzinin direktoru vəzifəsindən azad edilib.
Reyting.az “Teleqraf” istinadla xəbər verir ki, Azər Əhmədovun işdən çıxarılmasının səbəbi hələlik açıqlanmayıb.
Məlumat üçün bildirək ki, Azər Əhmədov 2001-2007-ci illərdə Azərbaycan Tibb Universitetində həkim-pediatr ixtisası üzrə təhsil alıb. 2007-2008-ci illərdə Ə. Qarayev adına 2 saylı Uşaq Klinik Xəstəxanasında internatura keçib. 2015-2019-cu illərdə Türkiyədə Qazi Universitetində təhsilini davam etdirərək uzmanlıq dərəcəsi alıb.
2020-ci ildə Bakı Sağlamlıq Mərkəzinin Pediatriya Mərkəzinin rəhbəri, 2020-2023-cü illərdə isə K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda direktor müavini vəzifəsini icra edib.
2024-cü il aprelin 18-dən indiyədək Respublika Pediatriya Mərkəzinin direktoru vəzifəsində çalışıb.