Advert
Advert

Azər Əhmədov: "Vəzifə dövlətin sənə əmanətidir"

Tarix:
Azər Əhmədov:
Reklam

Respublika Pediatriya Mərkəzinin direktoru vəzifəsindən çıxarılan Azər Əhmədov açıqlama verib.

Reyting.az xəbər verir ki, o, vəzifəni əmanət sayıb: "Dünən Respublika Pediatriya Mərkəzinin direktoru vəzifəsindən ayrıldım. Vəzifə dövlətin sənə əmanətidir. Onu göz bəbəyi kimi qoruyub, ləyaqətlə dövlətə geri vermək hər insana nəsib olmur. Bu müddətdə qurduğumuz işləri saymaqla bitməz. Sadəcə mən və zəhmətkeş komandamız hər təbəqədən olan vətəndaşın müracət edə bildiyi müasir bir Respublika Pediatriya Mərkəzini inşa etdik. Daha nə olsun...

Nə xoş mənə belə fürsəti doğru dəyərləndirə bildim. Bu quruculuqda əməyi keçən, dəstək verən hər kəsə, xüsusilə də görünməyən qəhrəmanlar olan komandaya təşəkkür edirəm”, - A.Əhmədov yazıb.

Xatırladaq ki, bu gün onun yerinə Erkin Rəhimli təyant alıb.

Reklam