“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma Memorandumu üzrə əldə olunmuş razılaşmanı alqışlayırıq”.
Reyting.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında deyilir.
XİN-nin bəyanatında qeyd olunur ki, Pakistan İslam Respublikasının danışıqlar prosesində mühüm vasitəçilik rolunu, eləcə də digər regional tərəfdaşların verdiyi töhfələri yüksək qiymətləndiririk:
“Ümid edirik ki, bu mühüm nailiyyət üzərində qurulacaq gələcək danışıqlar davamlı sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək".