Advert
Advert

Azərbaycan Basketbol Liqasında XX tur başlayır

Tarix:
Azərbaycan Basketbol Liqasında XX tur başlayır
Reklam

Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümün sonuncu - XX turu start götürür.

Reyting.az xəbər verir ki, bu gün B qrupunda yer alan komandalar münasibətləri aydınlaşdıracaqlar.

Saat 15:00-da "Quba" kollektivi Quba Olimpiya Kompleksində "Naxçıvan"ı sınağa çəkəcək.

"Ordu"-"Lənkəran" və "Sərhədçi"-"Sumqayıt" duelləri isə "Sərhədçi" İdman Mərkəzində baş tutacaq. Bu qarşılaşmaların start fiti müvafiq olaraq saat 17:00 və 20:00-da səslənəcək.

Qeyd edək ki, 19 oyundan sonra "Ordu" 36 xalla B qrupunun liderdir. "Naxçıvan" (34 xal) ikinci, "Sərhədçi" (26 xal) üçüncü, "Sumqayıt" (26 xal) dördüncü, "Quba" (26 xal) beşinci, "Lənkəran" (23 xal) altıncıdır.(Report)

Reklam