Quba rayonunda, Qusar rayonunun inzibati sərhəddinə yaxın ərazidə sürüşmə baş verib.
Reyting.az xəbər verir ki, bunu AMEA nəzdində RSXM-nin Zəlzələlərin tədqiqatı bürosundan bildiriblər.
Məlumata görə, sürüşmə prosesi 20 iyun tarixində yerli vaxtla saat 09:46:34-də başlayıb və hazırda da davam edir.
Ərazidə yaşayış məntəqəsi yoxdur.
Sürüşmə baş verən ərazinin videosunu aşağıdakı linkdən izləmək olar: