Advert
Advert

Azərbaycan və Gürcüstan prezidentlərinin təkbətək görüşü olub

Tarix:
Azərbaycan və Gürcüstan prezidentlərinin təkbətək görüşü olub
Reklam

Aprelin 6-da Tbilisidə Azərbaycan və Gürcüstan prezidentləri İlham Əliyev ilə Mixeil Kavelaşvilinin təkbətək görüşü keçirilib.

Reyting.az xəbər verir ki, söhbət zamanı Azərbaycan-Gürcüstan əlaqələrinin dostluq, mehriban qonşuluq və strateji tərəfdaşlıq prinsiplərinə əsaslandığı qeyd edilərək, əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, energetika, yaşıl enerji, nəqliyyat, sərmayələr və digər sahələrdə uğurla inkişaf etdiyi bildirilib.

Müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin münasibətlərimizin genişlənməsində roluna toxunulub.

Azərbaycan ilə Gürcüstanın birgə həyata keçirdikləri nəqliyyat və enerji layihələrinin önəmi vurğulandı, onların strateji və iqtisadi əhəmiyyəti qeyd edilib.

Görüşdə Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin təmin edilməsi baxımından Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin rolu vurğulanıb.

Azərbaycan və Gürcüstan prezidentləri ölkələrin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığından məmnunluqlarını bildiriblər, əlaqələrin perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Görüşdən sonra dövlət başçısı xatirə kitabına ürək sözlərini yazıb.
 

Reklam