Bu il aprelin 1-nə Azərbaycanda 1 696 283 vergi ödəyicisi olub.
Reyting.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, bu, ötən il aprelin 1-i ilə müqayisədə 5,1 faiz çoxdur.
Vergi ödəyicilərinin 86,8 faizi fiziki şəxslər, 13,2 faizi hüquqi şəxslər və digər təşkilatlardır. Son 1 ildə fərdi sahibkarların sayı 4,9 faiz, idarə, müəssisə və təşkilatların sayı isə 6,2 faiz artıb.
Bu il martın sonuna qeydiyyatda olan kommersiya qurumlarının sayı isə 1 il əvvələ nisbətən 6,8 faiz çox - 206 986 vahid təşkil edib.
Martda 750 vahid kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, onların 91,3 faizi yerli investisiyalı, 8,7 faizi xarici investisiyalıdır. Kommersiya qurumlarının 86,9 faizi elektron qaydada qeydiyyata alınıb. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin (MMC) elektron qeydiyyatının xüsusi çəkisi 97,2 faiz təşkil edib.
Dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 92,1 faizi MMC formasında yaradılıb.