Advert
Advert

Azərbaycandan Ermənistana 8 vaqon gübrə göndəriləcək

Tarix:
Azərbaycandan Ermənistana 8 vaqon gübrə göndəriləcək
Reklam

Bu gün Azərbaycan ərazisindən tranzit keçməklə 8 vaqon gübrə Ermənistana göndərilir.

Reyting.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC məlumat yayıb.

Vaqonların saat 12:00-da Biləcəri stansiyasından yola salınması gözlənilir.

Qeyd edək ki, aprelin 30-da Azərbaycan ərazisindən keçməklə Ermənistana Rusiya taxılı və gübrəsi daşıyan 7 vaqondan ibarət yük qatarı göndərilib.

Xatırladaq ki, tranzitlə yanaşı, Azərbaycandan Ermənistana neft məhsullarının ixracı da davam edir. İndiyədək Azərbaycandan Ermənistana 8 500 tondan çox dizel, 979 ton Aİ-92 benzini və 2 955 ton Aİ-95 benzini ixrac olunub.

Reklam