Advert
Advert

Azərbaycandan Ermənistana neft məhsulları göndərilib - (Yenilənib)

Tarix:
 Azərbaycandan Ermənistana neft məhsulları göndərilib - (Yenilənib)
Reklam

Sabah Azərbaycandan Ermənistana növbəti dəfə dizel yanacağı ixrac olunacaq.

Reyting.az xəbər verir ki, bu ölkəyə 8 vaqon dizel yanacağı göndəriləcək.

Bundan başqa, Azərbaycandan tranzit keçməklə, Rusiyadan Ermənistana 6 vaqon gübrə tədarük olunacaq.

Məhsullar "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından yola salınacaq.

***

Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası yola salınıb.

Reyting.az xəbər verir ki, bu gün Biləcəri stansiyasından Ermənistana 8 vaqon (479 ton) dizel yanacağı göndərilib.

Eyni zamanda, Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 6 vaqondan ibarət, çəkisi 402 ton olan gübrə yola salınıb.
 

Reklam