Bu səhər “Azərbaycan Hava Yollarına” məxsus təyyarə İrəvandakı “Zvartnots” hava limanına enib.
Reyting.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Qeyd edilib ki, uçuş 54 dəqiqə davam edib.
Məlumata görə, Ermənistan Mülki Aviasiya Komitəsi Azərbaycandan rəsmi nümayəndə heyətinin Ermənistana gəldiyini təsdiqləsı də, əlavə məlumat verilməyib.
***
Digər məlumatda bildirilir ki, nümayəndə heyətinə Baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik edir.
Qeyd edək ki, Şahin Mustafayev Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının sədridir.

E. Kamal