Rusiyadan Ermənistana Azərbaycan ərazisi vasitəsilə növbəti tranzit yük daşınması həyata keçirilib.
Reyting.az xəbər verir ki, çəkisi 828 ton olan gübrə yüklənmiş 12 vaqon və çəkisi 414 ton olan antrasit (daş kömür növü) daşıyan 6 vaqon bu gün Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə yola salınıb.
Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycan üzərindən tranzit qaydada 29 min tondan çox taxıl, 6 min tondan artıq gübrə, 133 ton alüminium və 68 ton qarabaşaq daşınıb.
Xatırladaq ki, tranzit yüklərlə yanaşı, Azərbaycandan Ermənistana neft məhsulları da ixrac edilir. İndiyədək Ermənistana 12 min tondan çox dizel yanacağı, 979 ton Aİ-92 markalı benzin və 2955 ton Aİ-95 markalı benzin göndərilib.