Advert
Advert

Azərbaycanın 5 aylıq büdcə göstəriciləri açıqlanıb

Tarix:
Azərbaycanın 5 aylıq büdcə göstəriciləri açıqlanıb
Reklam

Bu ilin yanvar-may aylarında Azərbaycanın xəzinədarlıq orqanları 501 mindən çox və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 8,9 % az ödəniş tapşırığı icra edib.

Reyting.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyindən bildiriblər.

Məlumata görə, 5 ayda icmal büdcənin gəlirləri 19 milyard 865,3 milyon manat, xərcləri 15 milyard 611,5 milyon manat, o cümlədən dövlət büdcəsinin gəlirləri 16 milyard 365,7 milyon manat (1 il əvvələ nisbətən 4,5 % az, proqnozdan 1,6 % çox), xərcləri 13 milyard 375,2 milyon manat (illik müqayisədə 2,3 %, proqnozdan 3,4 % az) təşkil edib.

Son nəticədə icmal büdcədə 4 milyard 253,8 milyon manat, dövlət büdcəsində isə 2 milyard 990,5 milyon manat (13,2 % az) profisit olub.

Hesabat dövründə büdcə gəlirlərində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti üzrə daxilolmalar 7 milyard 825,3 milyon manat (ötən ilin eyni dövrünə nisbətən 0,2 % az, proqnozdan 1,7 % çox), Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 2 milyard 534 milyon manat (1 il əvvəllə müqayisədə 2,1 % az, proqnozdan 0,4 % çox), İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidməti üzrə daxilolmalar 22,2 milyon manat (ötən ilin eyni dövrünə nisbətən 23,3 % çox, proqnozdan 13,3 % çox), sair daxilolmalar 352,4 milyon manat (illik müqayisədə 38,2 %, proqnozdan 2,8 dəfə çox), Dövlət Neft Fondundan transfert 5 milyard 350 milyon manat (proqnoza qarşı 100 %), büdcədən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar isə 281,8 milyon manat (1 il əvvələ nisbətən 29,3 %, proqnozdan 27,2 % az) təşkil edib.(Report)
 

Reklam