Advert
Advert

Azərbaycanın 67 şəhərinin Baş planı təsdiqlənib - Foto

Azərbaycanın 79 şəhərindən 67-sinin Baş planı hazırlanaraq təsdiq olunub.

Tarix:
Azərbaycanın 67 şəhərinin Baş planı təsdiqlənib - Foto
Reklam

Reyting.az xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətov "Təməl" memarlıq müsabiqəsinin mükafatlandırma mərasimində bildirib.

Onun sözlərinə görə, qalan şəhərlərin planlarının yenilənməsi üzrə işlər davam edir:

"Qarabağ və Şərqi Zəngəzur regionunda yerləşən 12 şəhərdən 8-nin Baş planı artıq təsdiqlənib. Təsdiq olunan hər bir Baş plan, tətbiq edilən hər bir innovativ alət və reallaşdırılan hər bir layihə gələcək nəsillər üçün daha təhlükəsiz, rahat və insanmərkəzli yaşayış mühitinin möhkəm təməlini qoyub".

N. Hümmətov deyib ki, 2025-ci il ərzində 7 Baş plan daxil, habelə 363 şəhərsalma əsaslandırılması təsdiq olunub:

"Göytəpə, Laçın, Qovlar, Qubadlı, Liman, Astara və Xudat şəhərlərinin Qarabağ və Şərqi Zəngəzurda 18 yaşayış məntəqəsi üzrə ərazi sənədləri təsdiqlənib, Gəncənin Baş planı son mərhələyə çatdırılıb və təsdiq olunması üçün bu il artıq Nazirlər Kabinetinə təqdim edilib, Xocalının planı üzrə razılaşdırma davam edir".(Report)

Reklam