Advert
Advert

Azərbaycanın U-20 millisinin növbəti rəqibi müəyyənləşib

Tarix:
Azərbaycanın U-20 millisinin növbəti rəqibi müəyyənləşib
Reklam

Azərbaycanın futbol üzrə U-20 milli komandası yoxlama oyunu keçirəcək.

Reyting.az xəbər verir ki, AFFA-nın məlumatına görə, Qəbələdə təlim-məşq toplanışında olan U-20 millimiz Pakistanın U-20 yığması ilə yoldaşlıq görüşünə çıxacaq.

Qəbələ şəhər stadionunda keçiriləcək oyun iyunun 9-u, saat 17:30-da başlanacaq.
 

Reklam