Advert
Advert

Azarkeşlərin törətdiyi iğtişaşlara görə oyun dayandırılıb

Tarix:
Azarkeşlərin törətdiyi iğtişaşlara görə oyun dayandırılıb
Reklam

Niderland Erediviziyasında "NAK Breda" - "Herenven" matçı meydan sahiblərinin azarkeşlərinin yaratdığı iğtişaşlara görə yarımçıq qalıb.

Reyting.az xəbər verir ki, "Rat Verlegh" stadionunda keçirilən görüşdə fanatlar meydana pirotexniki vasitələr atıblar. İlk insident 62-ci dəqiqədə, "NAK Breda" 1:0 hesabı ilə öndə olarkən yaşanıb və baş hakim oyunu müvəqqəti dayandırıb.

Matç bərpa olunduqdan sonra Boy Kemper hesabı 2:0-a çatdırsa da, 82-ci dəqiqədə tribunadan yenidən pirotexniki vasitələr atılıb. Bundan sonra hakim qarşılaşmanı birdəfəlik dayandırıb.

Qeyd edək ki, azarkeşlər oyundan əvvəl baş məşqçi Karl Hufkens və texniki direktor Peter Maasın istefasını tələb edən pankartlar açıblar. Stadiondakı digər azarkeşlər isə iğtişaş yaradan fanat qruplarına etiraz ediblər.(QOL.az)


 

Reklam