Advert
Advert

Azov dənizində buğda daşıyan yük gəmisi batıb

Tarix:
Azov dənizində buğda daşıyan yük gəmisi batıb
Reklam

Azov dənizində buğda daşıyan Volqo-Balt sinifli gəmi batıb. 

Reyting.az “İnterfaks” agentliyinə istinadla xəbər verir ki, gəmi Xerson vilayəti sahillərində suya qərq olub.

Regionun qubernatoru V. Saldo bildirib ki, gəmin batması nəticəsində bir nəfər ölüb, iki nəfər itkin düşüb.

Saldo özünün Max kanalında yazıb ki, Azov dənizi sularında batan gəminin Rusiya vətəndaşı olan doqquz heyət üzvü sahildə tapılıb: 

“1991-ci il təvəllüdlü bir nəfər (birinci köməkçi) ölüb. Digər iki heyət üzvünün yeri məlum deyil”.

Qubernator əlavə edib ki, hadisənin səbəbi araşdırılır.

V. Quliyev

Reklam