Advert
Advert

Azov dənizində öldürülən azərbaycanlıların cənazələri ölkəyə gətirilib - (Yenilənib)

Tarix:
Azov dənizində öldürülən azərbaycanlıların cənazələri ölkəyə gətirilib - (Yenilənib)
Reklam

İyunun 5-də Azov dənizində yük gəmisinə PUA hücumu zamanı həyatını itirən 1969-cu il təvəllüdlü Qismət Əliyev və 1981-ci il təvəllüdlü Fuad Orucovun cənazələri Azərbaycana gətirilib.

Reyting.az xəbər verir ki, onların nəşləri bu dəqiqələrdə Yalama Sərhəd-Keçid Məntəqəsindən ölkəmizə keçirilib. Cənazələr bu gün ailələrinə təhvil veriləcək və dəfn mərasimi keçiriləcək.

Xatırladaq ki, iyunun 5-də gecə saatlarında Azov dənizində iki xarici yük gəmisinin - "Natra" və "Zirkon" quru yük gəmilərinin dronlarla vurulması nəticəsində 4 Azərbaycan vətəndaşı həlak olub, 4 nəfər isə yaralanıb.

Hər iki gəmidə olan və sağ qalan 19 nəfər azərbaycanlı heyət üzvü isə dünən axşam saatlarında ölkəyə gətiriliblər.(Oxu.Az)

***

Azov dənizində hücuma məruz qalmış gəmilərdəki Azərbaycan vətəndaşlarının cənazələri ölkəyə gətirilib.

Reyting.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Azov dənizində yük gəmilərinə qarşı həyata keçirilmiş pilotsuz uçuş aparatı hücumu nəticəsində həlak olmuş 4 nəfər Azərbaycan vətəndaşının nəşləri 10 iyun tarixində Vətənə gətirilib: "Faciə nəticəsində həlak olmuş həmvətənlərimizin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk".

Qeyd edək ki, Azərbaycan XİN-nin yaydığı məlumata görə, iyunun 5-də Azov dənizində dron hücumları nəticəsində "Natra" və "Zirkon" yük gəmilərində olan 25 nəfər Azərbaycan vətəndaşından 4-ü yaralanıb, 4-ü isə həlak olub. Həmçinin bildirilib ki, sözügedən gəmilər Azərbaycan dövlətinə məxsus deyil.

Reklam