Advert
Advert

BƏƏ-nin "OPEC"i tərk etməsi Səudiyyə Ərəbistanına zərbə olacaq

Tarix:
BƏƏ-nin
Reklam

Birləşmiş Ərəb Əmirlikləri "OPEC", eləcə də "OPEC+" təşkilatlarını tərk edəcəyini, 1 may tarixindən bu qərarın qüvvəyə minəcəyini bildirib. 

Reyting.az xəbər verir ki, bu barədə ölkənin dövlət agentliyi "WAM" məlumat yayıb.

Məlumata görə, qəbul edilən yeni qərar Birləşmiş Ərəb Əmirliklərinin uzunmüddətli strateji və iqtisadi baxışını əks etdirir. 

BƏƏ-nin energetika naziri Suheyl Məhəmməd əl-Mazrui yerli mediaya deyib ki, yeni qərar enerji siyasətinin hərtərəfli təhlilindən sonra və tərəfdaşlarla razılaşdırılmadan qəbul edilib.

Avropalı ekspertlər bildiriblər ki, Birləşmiş Ərəb Əmirliklərinin bu qurumu tərk etməsi təşkilatın mövqeyini zəiflətməklə bərabər, qeyri-rəsmi lider sayılan Səudiyyə Ərəbistanı üçün çox böyük zərbə olacaq. 

Avropalı ekspertlərin fikrincə, BƏƏ-nin yeni qərarı ABŞ-ın növbəti qələbəsi sayıla bilər. Mütəxəssislərin sözlərinə görə, bu ölkənin "OPEC"i tərk etməsi ilə bağlı bəyanatı tək Avropa ölkələrinin yox, Asiyanın da ümumi maraqlarına ziddir. 

Avropada, eyni zamanda, başqa ölkələrdə çaşqınlıq yaradan, heyrət doğuran xəbərlə bağlı "Reuters" agentliyi tərəfindən yayılan məlumatda isə qeyd edilib ki, həm də bu qərar əslində, ABŞ Prezidenti Donald Tramp üçün növbəti siyasi uğurdur.

Onu da qeyd edək ki, Birləşmiş Ərəb Əmirlikləri dünya üzrə neft ehtiyatlarına görə 7-ci yeri tutur.

Oqtay Qorçu

Reklam