Advert
Advert

BƏƏ sahillərində neft tankeri alışıb

Tarix:
BƏƏ sahillərində neft tankeri alışıb
Reklam

Birləşmiş Ərəb Əmirliklərinin sahillərində neftdayışan tanker mərmiyə tuş gəlib. 

Reyting.az xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Koordinasiya Mərkəzi məlumat yayıb.

Tanker Dubaydan 54 kilometr şimal-qərbdə zədələnib. 

Şirkətin təhlükəsizlik əməkdaşı bildirib ki, naməlum mərmi onların tankerinin sancaq tərəfinə düşüb və nəticədə gəmidə yanğın baş verib.

Ekipaj üzvlərindən xəsarət alan olmayıb, neft sızması aşkar edilməyib. Hələlik tankerin kimə məxsus olduğu və hadisənin təfərrüatları açıqlamayıb.

V. Quliyev
 

Reklam