Azərbaycan və Gürcüstan mayın 26-dan Bakı-Tbilisi-Bakı marşrutu üzrə gündəlik sərnişin qatarları xidmətlərinin bərpası barədə razılığa gəliblər.
Reyting.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyindən bildiriblər.
Sərnişin qatarlarının fəaliyyətinin bərpası ilə bağlı razılıq Gürcüstanın Baş nazir İrakli Kobaxidzenin Ümümdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) iştirak etmək məqsədilə Azərbaycana səfəri çərçivəsində əldə olunub.