Advert
Advert

Bakı və Abşeronda rekord yağıntı qeydə alınır

Tarix:
Bakı və Abşeronda rekord yağıntı qeydə alınır
Reklam

Bakı və Abşeronda may ayı üçün digər illərlə müqayisədə rekord yağıntı qeydə alınır.

Reyting.az-ın məlumtına görə, hazırda Bakı və Abşeron yarımadasında düşən yağıntının miqdarı 70-103 mm qeydə alınır ki, bu, aylıq normanın 355-523 faizini təşkil edir.

Qeyd edək ki, 1963-cü ilin may ayında Bakı şəhərində yağıntıların miqdarı 106 mm-ə çatıb ki, bu da çoxillik normadan 5,4 dəfə çox olub.

2010-cu ildə sutka ərzində düşən yağıntının miqdarı 29 mm, (aylıq normanın 147%-i), ay ərzində 39 mm (aylıq normanın 200%-i), 2024-cü ildə sutka ərzində düşən yağıntının 20 mm (aylıq normanın 102%-i), ay ərzində isə 33 mm (aylıq normanın 167%-i), 2025-ci ildə sutka ərzində düşən yağıntının miqdarı 6 mm (aylıq normanın 30%-i), ay ərzində isə 9 mm (aylıq normanın 46%-i) təşkil edib.
 

Reklam