Advert
Advert

Bakıda avtovağzalın yaxınlığında avtobus yanıb

Tarix:
Bakıda avtovağzalın yaxınlığında avtobus yanıb
Reklam

Bakı şəhəri, Binəqədi rayonu, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığında avtobusda yanğın baş verib.

Reyting.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadla xəbər verir ki, məlumatla əlaqədar dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin tərəfindən avtobusda baş vermiş yanğın genişlənərək ətrafa yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində avtobusun yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı ağaclıq sahə yanğından mühafizə olunub.
 

Reklam