Advert
Advert

Bakıda nəqliyyatın hərəkəti çətinləşib

Tarix:
Bakıda nəqliyyatın hərəkəti çətinləşib
Reklam

Hazırda yağıntılı hava şəraitinin davam etməsi Bakı yollarında bəzi istiqamətlərdə nəqliyyatın hərəkətini çətinləşdirib, sıxlıq yaranıb.

Reyting.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatında bildirilir.

Qeyd edilib ki, yol polisi əməkdaşları tərəfindən müxtəlif istiqamətlər üzrə sıxlıq yaranan yollarda hərəkət intensivliyinin artırılması, sıxlığın azaldıması, həmçinin yollarda təhlükəsizlik tədbirləri məqsədilə zəruri tədbirlər görürlər.

Hazırda yollardakı vəziyyət:

1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;

2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

3. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;

4. Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun qarşısından "20 Yanvar" metro stansiyası istiqamətində;

5. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;

6. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;

7. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;

8. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;

9. Atatürk prospekti, Ziya Bünyadov prospekti istiqamətində;

10. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində;

11. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;

12. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;

13. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

14. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;

15. Mikayıl Müşfiq küçəsi, "Badamdar" dairəsindən 20 nörməli məktəb-lisey istiqamətində;

16. Niyazi küçəsi, "Azneft" dairəsi istiqamətində;

17. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;

18. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.

Sürücülərdən sürət həddinə əməl etmək, düzgün ara məsafəsi saxlamaq və piyadalara qarşı diqqətli olmaq tövsiyə edilir.
 

Reklam