Advert
Advert

Bakıda suyun verilməsində 2-3 saatlıq azalmalar tətbiq olunur

Tarix:
Bakıda suyun verilməsində 2-3 saatlıq azalmalar tətbiq olunur
Reklam

Mövsüm keçidi ilə əlaqəli su təminatı sistemində bərpa və yeniləmə işləri aparılır.

Reyting.az xəbər verir ki, bunu İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildiriblər.

Qeyd edilib ki, anbarlarda qəbul edilən suyun miqdarını və sutəmizləyici qurğuların məhsuldarlığını artırmaq məqsədi ilə texniki işlər icra edilir: "Bu məqsədlə görülən işlər çərçivəsində verilən suyun həcmi müvəqqəti azaldılıb. Nəticədə Bakı şəhərinin müxtəlif rayonlarının ərazilərində suyun verilmə saatlarında 2-3 saatlıq azalmalar tətbiq olunur. Su təminatındakı fasilələrə görə abonentlərdən üzr istəyirik".

Bildirilib ki, yaxın zamanlarda suyun tam həcmdə verilməsi bərpa olunacaq.
 

Reklam