Advert
Advert

Bakıda tikinti sahəsində quyuya yıxılan tələbə bir böyrəyini və dalağını itirib

Tarix:
Bakıda tikinti sahəsində quyuya yıxılan tələbə bir böyrəyini və dalağını itirib
Reklam

"Mən bundan öncə bütün dövlət orqanlarına "Caspian Construction" MMC (VÖEN 1004314191) tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev küçəsində aparılan tikinti işləri zamanı təhlükəsizlik tədbirlərinin yerinə yetirilməməsi səbəbindən 2026-cı ilin yanvar ayında oğlum Əsgər Dağıstan oğlu Cabbarovun ağır xəsarət alması faktı üzrə qeyri-obyektiv araşdırma aparılması barədə şikayət etmişəm".

Reyting.az xəbər verir ki, bu sözləri Mia.az-a Dağıstan Cabbarov deyib.

Onun sözlərinə görə, hadisədən 4 aydan çox vaxt ötsə də, heç bir qanuni tədbir görülməyib: "Sadəcə, formal, gözdən pərdə asmaq üçün iş hazırlanıb və məhkəməyə göndərilib. Nə mənim "Semaşko"nun həkimlərinin qanunsuz hərəkətlərindən (hansısa öz maraqları naminə oğluma 2 saatdan çox tibbi yardım göstərməyiblər) etdiyim şikayətə baxılıb, nə oğluma dəyən zərərin ağırlıq dərəcəsi müəyyən edilib. Halbuki, oğlum bu hadisədə böyrəyini itirib, dalağı çıxarılıb. Bu barədə bütün tibbi sənədlər var. Ancaq oğlumun sağlamlıq vəziyyətinin belə ağır hala salınmasına görə təqsirli vəzifəli şəxslər barədə həbs qətimkan tədbiri seçilməyib. Bu barədə vəsatətlərim qəbul edilməyib".

Hazırda işin Nərimanov Rayon Məhkəməsinə göndərildiyini qeyd edən şikayətçi ölkə rəhbərliyindən işi nəzarət götürməyi və cavabdehlər barədə qanuni tədbirlərin görülməsini xahiş edib.

Əsgər Cabbarovun atası Mia.az-ın əməkdaşı ilə söhbətində onu da bildirib ki, oğlu tələbədir, o, səhər dərsə gedərkən bu hadisə baş verib. 

Reklam