Advert
Advert

“Bank Respublika” qaydaları pozub

Tarix:
“Bank Respublika” qaydaları pozub
Reklam

Azərbaycan Mərkəzi Bankı tərəfindən Azərbaycan Mərkəzi Bankı “Bank Respublika” ASC-yə icrası məcburi sərəncam verilib.

Reyting.az xəbər verir ki, buna səbəb “Bank Respublika” ASC tərəfindən müştəri köçürmələrinin və inkasso sərəncamlarının icrası zamanı “Ödəniş əməliyyatlarının aparılmasına və ödəniş alətlərinə dair Qayda”nın tələblərinin pozulması olub.

Mərkəzi Bankdan verilən məlumata görə, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 47-ci maddəsinin tələbləri rəhbər tutularaq banka qeyd olunan halların gələcəkdə təkrarlanmaması məqsədilə daxili nəzarət sistemlərinin gücləndirilməsi ilə bağlı tapşırıqlar verilib.

Sərəncamda, həmçinin məsul şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlərin görülməsi tələb olunub.

Xatırladaq ki, bu bankın Mərkəzi bankn sabiq sədri, hazırda Baş nazirin müşaviri Elman Rüstəmova məxus olduğu haqda mediada çoxsaylı təkzib olunmayan yazılar yayılıb.

Reklam