Advert
Advert

Banqladeşdə 6400 uşaq qızılcaya yoluxub, ölənlər var

Tarix:
Banqladeşdə 6400 uşaq qızılcaya yoluxub, ölənlər var
Reklam

Banqladeşdə son həftələrdə uşaqlar arasında qızılca xəstəliyinin kəskin artıb. Bu, hakimiyyət orqanları və beynəlxalq təşkilatlar arasında ciddi narahatlıq doğurub.

Reyting.az xəbər verir ki, ilkin məlumatlara görə, üç həftə ərzində ən azı 98 uşaq xəstəlikdən həyatını iribə bilər.

Paytaxt Dəkkədə infeksiyanın yayılmasının qarşısını almaq üçün tədbirlər gücləndirilir. Ən çox zərər çəkmiş ərazilərdə azyaşlıların qorunmasına yönəlmiş peyvənd kampaniyaları gücləndirilib.

Səhiyyə və Sosial Rifah Nazirliyinin son məlumatlarına görə, qızılca şübhəsi olan altı aydan beş yaşa qədər uşaqların sayı kəskin şəkildə artaraq 6400-ü keçib. Yüzlərlə hal laboratoriyada təsdiqlənib, bəziləri ölümlə nəticələnib.

Mütəxəssislər bildirirlər ki, xəstəliyin yayılması rəsmi rəqəmlərdən xeyli yüksək ola bilər. Bəzi hallarda testlər vaxtında aparılmır və bəzi xəstələr qəti diaqnoz qoyulmadan ölürlər.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, qızılca ən yoluxucu  xəstəliklərdən biri olaraq qalır. Virus öskürək və ya asqırma zamanı hava damcıları vasitəsilə ötürülür və xüsusilə kiçik uşaqlar üçün təhlükəlidir. Xəstəlik beyin və tənəffüs yollarının zədələnməsi də daxil olmaqla, ciddi fəsadlara səbəb ola bilər.

Banqladeşdə qızılca xəstəliyi son illərdə 2000-ci illərin ortaları ilə müqayisədə azalsa da, hazırkı epidemiya peyvənd əhatə dairəsinin kifayət qədər olmaması ilə bağlı davam edən riskləri vurğulayır.

V. Quliyev

Reklam