Advert
Advert

Baqai: ABŞ-nın Yaxın Şərqdəki hərbi mövcudluğu regiona xaos gətirib

Tarix:
Baqai: ABŞ-nın Yaxın Şərqdəki hərbi mövcudluğu regiona xaos gətirib
Reklam

“Amerikanın Yaxın Şərqdəki hərbi mövcudluğu regiona sabitlik gətirməyib, əksinə, xaos yaradıb”. 

Reyting.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Esmail Baqai Misirin "Əl-Məsri əl-Youm" xəbər agentliyinə müsahibəsində bildirib.

"Düşünürəm, hər kəs görür ki, Amerikanın regiondakı hərbi mövcudluğu nə sülh, nə də sabitlik gətirməyib, əksinə, xaos yaradıb. Düşünürəm ki, regiondakı hər bir ölkənin Amerikanın hərbi mövcudluğu ilə bağlı siyasətini yenidən nəzərdən keçirməsi məntiqli olardı", - deyə iranlı diplomat əlavə edib.

V. Quliyev

Reklam