Advert
Advert

“Barselona” bir oyundan 10 milyon avro qazana bilər

Tarix:
“Barselona” bir oyundan 10 milyon avro qazana bilər
Reklam

“Barselona” klubu yayda Cənubi Koreyada yoldaşlıq oyunu keçirmək üçün maraqlı təklif alıb.

Reyting.az xəbər verir ki, “Mundo Deportivo” nəşrinin məlumatına görə, kataloniyalılar bu matçdan 9-10 milyon avro gəlir əldə edə bilərlər. Lakin cəmi bir oyun üçün uzaq səfər klub rəhbərliyində tərəddüd yaradır.

Bildirilir ki, “Barselona” hazırda Asiya turu əvəzinə yay hazırlığını İngiltərədə keçirməyi planlaşdırır.

Qeyd edək ki, komanda La Liqada 30 turdan sonra 76 xalla liderdir və “Real"ı 7 xal qabaqlayır.(QOL.az)

Reklam